“Prior Credit” BOKT ötən il zərərlə üzləşib - HESABAT

“Prior Credit” BOKT ötən il zərərlə üzləşib - HESABAT
# 03 iyun 2023 13:27 (UTC +04:00)

“Prior Credit” bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” təşkilatın maliyyə hesabatlarına istinadə xəbər verir ki, 2022-ci ildə “Prior Credit” 342.4 min manat xalis zərər açıqlayıb. 2021-ci ildə təşkilat 520.1 min manat xalis zərər açıqlamışdı.

Hesabat dövründə təşkilatın kredit portfeli 2021-ci illə müqayisədə 35% artaraq 3 milyon 165.5 min manat, xalis faiz gəlirləri isə 3 dəfə artaraq 553.1 min manat təşkil edib. Bu dövrdə ümumi və inzibati xərcləri 626.2 min manat olan təşkilat 342.4 min manat əməliyyat zərəri ilə üzləşib.

2022-ci ildə təşkilatın cəmi aktivləri 28% və ya 722.2 min manat artaraq 3 milyon 296.6 min manat, cəmi öhdəlikləri isə 10.9 dəfə və ya 1 milyon 64.7 min manat artaraq 1 milyon 171.9 min manat təşkil edib.

Qeyd edək ki, təşkilatın aktivlərində olan artım kredit portfelində olan artımla, öhdəliklərində olan artım isə borclanma ilə əlaqədardır.

2023-cü ilin yanvar ayının 1-nə “Prior Credit”in cəmi kapitalı 2 milyon 124.7 min manata bərabər olub ki, bu da illik müqayisədə 13.9% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR