“Rabitəbank”ın səhmdarlarının pay bölgüsü dəyişib

“Rabitəbank”ın səhmdarlarının pay bölgüsü dəyişib
# 29 avqust 2022 12:11 (UTC +04:00)

“Rabitəbank” ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib.

APA-Economics” banka istinadən xəbər verir ki, Abbasova Validə Maarif qızının bankdakı payı 27,04%-dən 20,13%-ə kimi azalıb. Əvəzində Bankın Müşahidə Şurasının sədri Nuriyev Zakir Əlibaba oğlunun payı 11,48%-dən 14.45%-ə, Nuriyev Seyran Əlibaba oğlunun payı isə 10,56%-dən 14.51%-ə yüksəlib.

Bankın digər səhmdarları Əliyev Rauf Zeynal oğlu (40,60%) və Nuriyeva Dilarə Nəsrəddin qızının payı (9,11%) isə dəyişməyib.

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR