Samir Şərifov: "Rusiya-Ukrayna müharibəsinin mənfi təsirlərini ən çox region ölkələri hiss edib"

Samir Şərifov: "Rusiya-Ukrayna müharibəsinin mənfi təsirlərini ən çox region ölkələri hiss edib"
# 23 iyun 2022 10:44 (UTC +04:00)

Rusiya-Ukrayna müharibəsinin mənfi təsirlərini ən çox region ölkələri hiss edib.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının 24-cü İllik toplantısında maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, Rusiya-Ukrayna müharibəsi, Qara Dəniz ətrafında baş verənlər əsasən ərzaq məhsullarının daşınması ilə bağlı problemlər yaradıb: "Bu isə ümumilikdə qlobal ərzaq təhlükəsliyini təhdid edir. Təəssüf ki, müharibə hələ bitməyib və geopolitik gərginliyin region üzrə nəticələri məlum deyil".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR