“S&P”: Bu il Azərbaycanda cari əməliyyatlar hesabının profisiti ən yüksək həddə çatacaq

“S&P”: Bu il Azərbaycanda cari əməliyyatlar hesabının profisiti ən yüksək həddə çatacaq
# 25 iyul 2022 11:59 (UTC +04:00)

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda cari əməliyyatlar hesabının profisiti üzrə proqnozunu açıqlayıb.

"APA-Economics" Agentliyə istinadən xəbər verir ki, 2022-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 23,6%-ni (yanvar proqnozu ÜDM-in 10,8%-i) təşkil edəcək. Bu isə son illər üzrə ən yüksək göstəricidir.

“S&P" hesab edir ki, cari əməliyyatlar hesabının profisiti 2023-cü ildə ÜDM-in 13,8%-ni (ÜDM-in 4,5%-i) təşkil edəcək. 2024-cü ildə ÜDM-in 0,7%-i səviyyəsində kəsir (ÜDM-in 0,2%-i səviyyəsində profisit), 2025-ci ildə ÜDM-in 1,4%-i səviyyəsində kəsir (ÜDM-in 0,5%-i səviyyəsində kəsir) proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR