Türkiyə şirkətinin Azərbaycan filialının rəhbəri maliyyə fırıldaqçılığına görə işdən azad edilib

Türkiyə şirkətinin Azərbaycan filialının rəhbəri maliyyə fırıldaqçılığına görə işdən azad edilib
# 01 mart 2023 09:56 (UTC +04:00)

Türkiyənin "Azinfo Dış Ticaret Anonim" Şirkətinin Azərbaycandakı filialının qanuni təmsilçisi Əliniyaz­zadə Pərviz Əlimurtuza oğlu maliyyə fırıldaqçılığına görə işdən azad edilib.

"APA-Economics" xəbər verir ki, bu barədə Filialın yeni qanuni təmsilçisi Oztanlılar Esref Hakan məlumat verib. O bildirib ki, aşkar edilən faktlarla bağlı qanuni təmsilçi fevralın 17-dən etibarən işdən çıxarılıb.

"Araşdırmalar sona çatana qədər şirkətlə müqavilə əsasında, yaxud hər hansı bir formada iş birliyi quran təşkilat və şirkət rəhbərlərinin bunu nəzərə almaları xahiş olunur"- deyə açıqlamada qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR