Valyuta hərracında bankların dollara tələbi artıb

Valyuta hərracında bankların dollara tələbi artıb
# 07 iyul 2022 12:31 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics" AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 39 mln. ABŞ dolları olub və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (5 iyul 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 1,3% artıb.

Qeyd edək ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR