"Xalq Sığorta"nın rəhbərliyindən daha bir nəfər ayrılıb

"Xalq Sığorta"nın rəhbərliyindən daha bir nəfər ayrılıb
# 30 may 2023 09:14 (UTC +04:00)

"Xalq Sığorta" ASC-nin Direktorlar Şurasının (DŞ) üzvü Ramiz İbrahimov sığorta şirkətindən ayrılıb.

Bu barədə "APA-Economics"ə sığorta şirkətindən bildirilib. Məlumata görə, Ramiz İbrahimov həmçinin, "Xalq Həyat" sığorta şirkətinin DŞ-nin üzvüdür. Hazırda sığorta şirkətinin DŞ-nin tərkibi iki nəfərdən - sədr Asim Məmmədli və müstəqil üzv Ruslan Seyidovdan ibarətdir.

Qeyd edək ki, "Xalq Sığorta"nın rəhbərliyində kadr dəyişikliyi davam edir. Bundan əvvəl, İdarə Heyətinin sədri Raman Kurbanau şirkətdən ayrılıb. Onu bu vəzifədə "Xalq Həyat Sığorta"nın sədri Roman Vəliyev əvəzləmişdi.

Xatırladaq ki, "Xalq Sığorta" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58,75 milyon manatdır. Şirkətin səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə, 50%-i isə "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik səhmdarı, "Bank Avrasiya" ASC-nin 37,5%-lik səhmdarı) məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR