Xarici dövlət borcu ÜDM-in 10,7 faizi həcmində olacaq

Xarici dövlət borcu ÜDM-in 10,7 faizi həcmində olacaq
# 30 dekabr 2022 16:52 (UTC +04:00)

Xarici dövlət borcunun 2025-ci ilin sonunda 7,1 milyard ABŞ dolları məbləğində və ya ÜDM-in 10,7 faizi həcmində olması gözlənilir.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi”ndə əksini tapıb.

Qeyd edilib ki, belə olan halda, 2025-ci ilin sonunadək xarici dövlət borcunun ÜDM nisbətinin 15%-dən aşağı səviyyədə saxlanılması təmin ediləcək. Xarici dövlət borcunun ÜDM-ə nisbətinin 10%-dən aşağı salınması hədəfinin isə 2025–2030-cu illəri əhatə edəcək növbəti strategiya çərçivəsində təmin edilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR