Dövlət Vergi Xidməti tərəfindən ölkədə indiyədək 67.755 ədəd yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) quraşdırılıb.
Bu barədə "APA-Economics"ə Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2022-ci ilin yanvar-iyul aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 13 milyard 229 milyon 241,6 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 60 faiz çoxdur.