ABŞ pandemiya fonunda 900 mlrd. dollarlıq stimullaşdırıcı paketi təsdiqləyib

ABŞ pandemiya fonunda 900 mlrd. dollarlıq stimullaşdırıcı paketi təsdiqləyib
  • Clock-gray 10:10
  • calendar-gray 22 Dekabr 2020

COVID-19 pandemiyası fonunda ABŞ Nümayəndələr Palatası və Konqres Senatı 900 mlrd. dollarlıq yeni stimullaşdırıcı paketin lehinə səs verib.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, hazırda ABŞ Prezidenti Donald Trampın yeni maliyyə paketini imzalayacağı gözlənilir. Yardım paketi hər yetkinlik yaşına çatmış fiziki şəxs və hər uşaq üçün 600 dollar həcmində ödəmələri, habelə biznesə, aviasiya sənayesinə və təhsilə dəstək üçün vəsaitin ayrılmasını özündə cəmləşdirir.

Qeyd edək ki, sözügedən paket federal hökumətin 2021-ci ilin sentyabrınadək fəaliyyətini təmin edən qanun layihəsi ilə birlikdə qəbul edilib. Ümumilikdə, görülən tədbirlərin məbləği isə 1,4 trln. dollardır.

Mirsəid İbrahimzadə

Digər xəbərlər