AMB-də struktur dəyişikliyi edilib

AMB-də struktur dəyişikliyi edilib
# 16 yanvar 2020 16:05 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankında (AMB) struktur dəyişiklikləri edilib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi məlumata görə, qurumda bazar əməliyyatları departamenti, İqtisadi təhlil departamenti, Risklərin idarə edilməsi departamenti və satınalmalar bölməsi ləğv edilib.

Bundan başqa, Strateji idarəetmə departamenti Korporativ idarəetmə departamenti adlandırılıb, Ümumi şöbə isə Katibliyə çevrilib.

Qurumda kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamenti, maliyyə bazarlarında əməliyyatlar departamenti, sığorta fəaliyyətinə nəzarət departamenti, Valyuta ehtiyatlarının idarə edilməsi departamenti, Lisenziyalaşdırma şöbəsi və Maliyyə monitorinq bölməsi yaradılıb. Adıçəkilən departament, şöbə və bölməyə müvafiq olaraq Fuad İsayev, Elrad Seydiyev, Vüsal Qurbanov, Tərlan Rəsulov, Elnur Allahverdiyev, Zaur Hacılı rəhbər təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR