AMB: Әmanәtlәrin sığortalanmasına dair yeni strategiya bank sektoruna etimadı qoruyacaq

AMB: Әmanәtlәrin sığortalanmasına dair yeni strategiya bank sektoruna etimadı qoruyacaq
# 29 dekabr 2020 10:33 (UTC +04:00)

2021-ci ildә əmanәtlәrin sığortalanması mexanizminin çәrçivәsindә yeni strategiyanın reallaşdırılması bank sektoruna etimadı qoruyacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərinə dair bəyanatında deyilir.

“Strategiya fiziki şәxslәrin qorunan әmanәtlәri üzrә kompensasiya mәblәğinin dәyişdilmәsilә yanaşı sahibkarlıq fәaliyyәti ilә mәşğul olan fiziki şәxslәrin bank hesablarında olan vәsaitlәr üzrә kompensasiya mәblәğinin müәyyәnlәşdirilmәsini vә notariusların depozit hesablarında qalmış fiziki şәxslәrә mәxsus pul vәsaitlәrinin tam mәblәğdә sığortalanmasını nәzәrdә tutur. Nәzәrdә tutulan dәyişikliklәr әmanәtçilәrin mütlәq әksәriyyәtinin әmanәtinin tam qorunmasına, banklarda risk idarәetmәsinin tәkmillәşdirilmәsinә, bazar intizamı vә rәqabәt mühitinin güclәndirilmәsinә, belәliklә bank sisteminin dayanıqlığının vә әmanәtçilәrin mәnafelәrinin etibarlı qorunmasına imkan verәcәkdir”, - bəyanatda deyilir.

Bundan əlavə, pandemiyadan zәrәr çәkmiş iqtisadi subyektlәrә dәstәk mәqsәdilә tәtbiq olunan requlyativ güzәştlәrin zәrurәt olduqda vaxtının uzadılması vә vәziyyәtdәn asılı olaraq modifikasiyası diqqәtdә saxlanılacaq və bu tәdbirlәr borcalanların maraqlarının müdafiәsinә, kreditlәşmәnin saxlanılmasına vә maliyyә sektorunun stabil fәaliyyәtinә istiqamәtlәnәcәk.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR