AMB sədri: "Azərbaycanın sığorta və kapital bazarları zəif inkişaf edib"

AMB sədri: "Azərbaycanın sığorta və kapital bazarları zəif inkişaf edib"
# 29 yanvar 2021 16:24 (UTC +04:00)

Azərbaycanın sığorta və qiymətli kağızlar bazarları zəif inkişaf edib və bunu nəzərə alaraq, biz requlyator kimi, yalnız nəzarətlə kifayətlənməyərək, bu bazarları da inkişaf etdiririk.

"APA-Economics"in məlumatına görə, bunu faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

AMB sədri qeyd edib ki, belə bir praktika həm də bank sektorunda tətbiq olunub.

Onun sözlərinə görə, bu bazarların həcmi olduqca kiçikdir və həcmlərin də böyük bir hissəsi bank sektorundan əmələ gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR