AMB sədri: "İlin əvvəlindən banklardakı əmanətlər 0,2% azalıb, noyabrda 0,5 % artıb"

AMB sədri: "İlin əvvəlindən banklardakı əmanətlər 0,2% azalıb, noyabrda 0,5 % artıb"
# 09 dekabr 2020 12:40 (UTC +04:00)

İlin əvvəlindən bəri Azərbaycan banklarındakı əmanətlər 0,2% azalıb, noyabrda isə 0,5 % artıb.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Mərkəzi Bankın sədri bildirib ki, yaranan bütün şəraitə baxmayaraq, maliyyə sistemimizdə yaxşı göstəricilər var və cari ili bu göstəricilərlə başa vuracaq: "Hüquqi şəxslərin əmanətlərinin tam şəkildə sığortalanması biznesin inkişafı üçün olduqca önəmli məsələdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR