ARDNF-in daşınmaz əmlak portfelinin bazar dəyəri 2,7 mlrd. dolları ötüb

ARDNF-in daşınmaz əmlak portfelinin bazar dəyəri 2,7 mlrd. dolları ötüb
# 01 iyul 2020 13:10 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2019-cu ilin sonuna daşınmaz əmlak portfelinin bazar dəyəri (bank hesabları daxil olmaqla) 2 708 719 917 ABŞ təşkil edib.

Bu barədə "APA-Economics" ARDNF-in 2019-cu il büdcəsinin icrası ilə bağlı illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının rəyinə istinadən xəbər verir.

Məlumata əsasən, 2018-ci ilin sonuna bu göstərici 2 142 392 602 dollar təşkil edirdi.

Rəyə qeyd edilir ki, 2019-cu ildə daşınmaz əmlak altportfelinə xalis investisiyaların həcmi 406,6 mln. dollar olub. Hesabat dövrü məzənnə fərqi nəzərə alınmadan daşınmaz əmlak üzrə gəlirlər 169 270 711 dollar, məzənnə fərqindən yaranan zərər isə 9 541 497 dollar təşkil edib.

"Daşınmaz əmlak üzrə gəlirlilik səviyyəsinin ötən ilə nisbətən aşağı olmasını, habelə daşınmaz əmlakları idarə edən törəmə müəssisələr üzrə nəzarət mexanizminin daha da təkmilləşdirilməsini və bir sıra potensial risk parametrlərini də nəzərə alaraq, Fond tərəfindən daşınmaz əmlaka investisiyaların idarə edilməsinin müvafiq istiqamətlər üzrə daha da optimallaşdırılmasını şərtləndirmişdir", - rəydə bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR