ARDNF ötən ay valyuta satışını 27%, yanvar-sentyabrda isə 24% artırıb

ARDNF ötən ay valyuta satışını 27%, yanvar-sentyabrda isə 24% artırıb
# 01 oktyabr 2020 14:32 (UTC +04:00)

Bu ilin sentyabr ayında Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 606,4 mln. ABŞ dolları məbləğində vəsait satılıb.

Fonddan "APA-Economics"ə verilən məlumata görə, bu, cari ilin avqust ayı ilə müqayisədə 128,4 mln. dollar və ya 26,9% çox, ötən ilin sentyabr ayı ilə müqayisədə isə 12,55 mln. dollar və ya 2% azdır.

Bu ilin yanvar-sentyabr aylarında isə ARDNF 5 610,1 mln. dollar məbləğində vəsait satıb ki, bu da illik ifadədə 1 097,25 mln. dollar və ya 24,3% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR