ARDNF pandemiya dövründə valyuta hərraclarında 5,2 mlrd. dollar satıb

ARDNF pandemiya dövründə valyuta hərraclarında 5,2 mlrd. dollar satıb
# 03 fevral 2021 14:00 (UTC +04:00)

Azərbaycan Respublikası Neft Fondu (ARDNF) tərəfindən ölkədə COVID-19 pandemiyasının başlandığı dövrdən (aprel ayının əvvəli) indiyədək valyuta hərraclarında 5,177 mlrd. ABŞ dolları məbləğində vəsait satılıb.

"APA-Economics"in ARDNF-nin məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici illik nisbətdə (2019-cu ilin aprel – 2020-ci ilin yanvar ayları dövrü ilə müqayisədə) 3,1% azdır.

Qeyd edək ki, ötən il ərzində Neft Fondu valyuta hərraclarında 7,304 mlrd. dollar məbləğində vəsait satıb. Bu, 2019-cu illə müqayisədə 11% çoxdur. Satışların pik həddi pandemiyadan ərəfəsində olan mart ayına təsadüf edib – 1,928 mlrd. dollar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR