Avropa Parlamenti Aİ-nin 2021-2027-ci illər üçün büdcəsini təsdiqləyib

Avropa Parlamenti Aİ-nin 2021-2027-ci illər üçün büdcəsini təsdiqləyib
# 17 dekabr 2020 12:09 (UTC +04:00)

Brüsseldəki plenar iclasda Avropa Parlamenti Avropa İttifaqının (Aİ) 2021-2027-ci illər üçün büdcəsi haqqında qanun layihəsinin qəbul edilməsinə dair səsvermə keçirib.

APA-Economics” Rusiya mətbuatına istinadən xəbər verir ki, sənədin lehinə 548, əleyhinə isə 81 deputat səs verib, 66 deputat bitərəf olub.

Qarşıdakı 7 ili əhatə edəcək Aİ-nin büdcəsi 1,074 trln. avro səviyyəsində təsdiqlənib. Bundan əlavə, təsdiqlənən büdcəyə Aİ iqtisadiyyatının bərpa fondundan ayrılacaq 750 mlrd. avro əlavə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR