Azərbaycan 2025-ci ilədək qeyri-neft ixracını iki dəfə artırmağı hədəfləyib

Azərbaycan 2025-ci ilədək qeyri-neft ixracını iki dəfə artırmağı hədəfləyib
# 29 yanvar 2021 17:24 (UTC +04:00)

İxracın genişləndirilməsi məqsədilə 120-ə yaxın məhsulun 20-dən çox hədəf bazarına çıxarılması nəzərdə tutulur.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında bildirib.

Nazir əlavə edib ki, ümumilikdə, 2025-ci ilədək qeyri-neft ixracının həcminin iki dəfə artırılması hədəflənir.

Qeyd edək ki, 2020-ci il ərzində Azərbaycanın ümumi ixracı 13,7 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə isə 1,9 mlrd. dollar dəyərində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR