Azərbaycan Beynəlxalq Bankı "AmEx" kartları ilə bağlı yeni kampaniya keçirir

Azərbaycan Beynəlxalq Bankı "AmEx" kartları ilə bağlı yeni kampaniya keçirir
# 16 dekabr 2019 11:07 (UTC +04:00)

"American-Express" beynəlxalq kart təşkilatının Azərbaycandakı yeganə tərəfdaşı olan Azərbaycan Beynəlxalq Bankı "American Express" ("AmEx") kartları ilə bağlı yeni kampaniyaya start verib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, yanvarın 31-ə qədər "American Express" kartı sifariş edən hər bir müştəri hesabına vəsait mədaxil etdikdə kartı pulsuz əldə edə biləcək.

Hesaba qoyduğu vəsaitin məbləğindən asılı olaraq müştəriyə aşağıdakı növlərdə "AmEx" kartı hədiyyə edilir:

100 AZN (və ya USD) mədaxil etdikdə – "AmEx Green" kartı (1 illik pulsuz);

300 AZN (və ya USD) mədaxil etdikdə – "AmEx Gold" kartı (1 illik pulsuz);

1 000 AZN (və ya USD) mədaxil etdikdə – "AmEx Platinum" kartı (3 illik pulsuz).

Bundan əlavə, kampaniya çərçivəsində sifariş olunmuş "AmEx Green" və "AmEx Gold" kartlarına müvafiq olaraq birillik "Mastercard Standard" və "Mastercard Gold" kartı, "AmEx Platinum" kartına isə eyni hesaba bağlı əlavə "Mastercard Platinum" kartı (3 illik) hədiyyə verilir.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının ölkədə 37 filialı və 39 şöbəsi fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR