Azərbaycan əhalisinin builki kart əməliyyatlarının 74%-i nağdlaşdırmanın payına düşüb

Azərbaycan əhalisinin builki kart əməliyyatlarının 74%-i nağdlaşdırmanın payına düşüb
# 05 aprel 2021 16:35 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda dövriyyədə olan kredit və debet kartları ilə 4,587 mlrd. manat həcmində ölkədaxili əməliyyatlar həyata keçirilib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 15,1% çoxdur.

Qeyd edək ki, sözügedən əməliyyatların 73,6%-i nağd pulun çıxarılmasının payına düşüb (ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz bəndi az). Belə ki, əhali yanvar-fevral aylarında debet və kredit kartlarından 3,376 mlrd. manat məbləğində vəsait nağdlaşdırılıb. Sözügedən vəsaitlərin 95,8%-i ATM-lər vasitəsilə nağdlaşdırılıb.

Xatırladaq ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanda debet və kredit kartları vasitəsilə 1,211 mlrd. manat həcmində nağdsız ödənişlər həyata keçirilib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 45,6% çoxdur. Nağdsız ödənişlərin 72 mln. manatı ATM-lər vasitəsilə, 473 mln. manatı POS-terminallar vasitəsilə, 666 mln. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR