Azərbaycan ötən il 101 mln. dollarlıq gübrə idxal edib

Azərbaycan ötən il 101 mln. dollarlıq gübrə idxal edib
# 18 yanvar 2021 12:04 (UTC +04:00)

2020-ci ildə Azərbaycan 101,312 mln. ABŞ dolları dəyərində 351 691,08 ton gübrə idxal edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin göstəriciləri əsasında apardığı hesablamalara görə, bu, ötən il ilə müqayisədə dəyər ifadəsində 11,4% azdır, həcm ifadəsində isə 4,7% çoxdur.

Təkcə 2020-ci ilin dekabr ayı ərzində ölkə 5,164 mln. dollar dəyərində 23 576 ton gübrə idxal edib ki, bu da noyabr ayı ilə müqayisədə dəyər ifadəsində 45,4%, həcm ifadəsində isə 28,4% azdır.

Qeyd edək ki, 2020-ci ildə gübrə idxalının ümumi idxalda payı 0,94% təşkil edib ki, bu da ötən il ilə müqayisədə 0,1 faiz bəndi çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR