Azərbaycan ötən il 4,5 mlrd. dollarlıq birbaşa investisiya cəlb edib

Azərbaycan ötən il 4,5 mlrd. dollarlıq birbaşa investisiya cəlb edib
  • Clock-gray 11:05
  • calendar-gray 31 Mart 2021

2020-ci ildə Azərbaycana birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 4,5 mlrd. dollar (5,9% artım) olunub.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 86,6% təşkil edib.

Qeyd edək ki, 2020-ci ildə tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (55,5 mln. dollar) azalması cəlb olunmuş investisiya ilə (4 527,7 mln. dollar) kapitalın repatriasiyası (4 472,2 mln. dollar) arasındakı fərqdən formalaşır. Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 605,6 mln. dollar (-34,9%) olub.

Mirsəid İbrahimzadə

Digər xəbərlər