Azərbaycan qeyri-neft ixracının təşviqinə ötən il 13 mln. manat xərcləyib

Azərbaycan qeyri-neft ixracının təşviqinə ötən il 13 mln. manat xərcləyib
# 10 mart 2021 11:15 (UTC +04:00)

2020-ci il ərzində Azərbaycan dövlət büdcəsindən qeyri-neft məhsullarının ixracının genişlənirilməsi və ixrac təşviqi üçün 12,7 mln. manat sərf edilib.

"APA-Economics"in xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Hesabatda qeyd edilir ki, artıq fəaliyyətdə olan layihələrin genişləndirilməsi üçün alınan avadanlıq və qurğuların güzəştlə rəsmiləşdirilməsi üçün "xüsusi investisiya təşviqi sənədi"nin verilməsinin nəzərdə tutan qanunvericiliyə dəyişiklik layihəsi hazırlanıb və hazırda aidiyyəti orqanlarla razılaşdırılma mərhələsindədir.

Xatırladaq ki, Azərbaycan 2020-ci ildə 1,851 mlrd. dollarlıq (3,147 mlrd. manat) qeyri-neft məhsulları ixrac edib. Bu, 2019-cu illə müqayisədə 5,3% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR