Azərbaycanda avtonəqliyyat vasitələrinin icbari sığortası 15% azalıb

Azərbaycanda avtonəqliyyat vasitələrinin icbari sığortası 15% azalıb
# 24 iyul 2020 16:30 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 40 167,8 min manat həcmində sığorta haqqı yığılıb.

Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, bu müddətdə eyniadlı sığorta növü üzrə şirkətlər tərəfindən 25 303,3 min manat ödəniş həyata keçirilib. Məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta yığımları 15%, ödənişlər isə 15,6% azalıb.

Bu müddətdə avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə isə 21 143 min manat yığım, 6 069 min manat həcmində ödəniş həyata keçirilib. Bu da, öz növbəsində, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 28,8% və 8,1% artım deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR