Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi martda 2% artıb

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi martda 2% artıb
# 02 aprel 2020 16:33 (UTC +04:00)

Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin məbləği aylıq 1,85% və ya 26 261 428 manat artaraq bu il aprelin 1-nə 1 445 261 428 manat təşkil edib.

"APA-Economics"in Azərbaycan İpoteka və Kredit Zəmanət Fonduna istinadən verdiyi məlumata görə, dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı da aylıq 332 ədəd artaraq 28 667-ə çatıb. Zəmanət verilmiş kreditlərin məbləği də hesabat dövründə 80 179 000 manat təşkil dib.

Bildirək ki, hazırda Fondun 727 856 002 manatlıq istiqrazı dövriyyədədir.

Qeyd edək ki, hazırda maksimal 150 min manat olan ipoteka kreditləri maksimal 25 il müddətinə 15% minimal ilkin ödənişlə, maksimal 100 min manat olan güzəştli ipoteka kreditləri isə 10% minimal ilkin ödənişlə maksimal 30 il müddətinə verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR