Azərbaycanda e-bankçılıq xidmətləri üzrə göstəricilər kəskin artıb

Azərbaycanda e-bankçılıq xidmətləri üzrə göstəricilər kəskin artıb
# 15 mart 2021 10:48 (UTC +04:00)

Azərbaycanda 2020-ci il ərzində elektron bankçılıq vasitəsilə cari hesablardan aparılmış müştəri köçürmələrinin ümumi sayı 42,4 mln. ədəd, həcmi isə 95,7 mlrd. manat təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, 2019-cu illə müqayisədə köçürmələrin sayı 79%, həcmi isə 55% artıb. Bundan əlavə, hesabat dövründə təmassız ödəniş infrastrukturu üzrə göstəricilərdə müsbət dinamika müşahidə olunub. Dövriyyədə olan təmassız ödəniş kartlarının sayı 2019-cu il ilə müqayisədə 2,5 dəfə artaraq 3,7 mln. ədəd, təmassız ödənişləri qəbul edən POS-terminalların sayı isə 13% artaraq 34,2 min ədəd olub.

Təmassız ödənişlərin sayı və həcmi isə 2019-cu ilin göstəricilərini müvafiq olaraq 4,3 və 5,4 dəfə üstələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR