Azərbaycanda geniş pul kütləsi illik 2% artıb

Azərbaycanda geniş pul kütləsi illik 2% artıb
# 25 noyabr 2020 14:32 (UTC +04:00)

Bu ilin noyabrın 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi (M3) 26 947,9 mln. manat təşkil edib ki, bu da əvvəlki aya nisbətən 164,6 mln. manat və ya 0,6% çoxdur.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, bu göstərici ilin əvvəli ilə müqayisədə 6,6% və ya 1918,4 mln. manat azalıb, ötən ilin analoji dövrü ilə müqayisədə isə 500,9 mln. manat və ya 1,9% artıb.

Hesabata əsasən, banklardan kənarda nağd pul kütləsinin həcmi (M0) noyabrın 1-nə 9 988,1 mln. manat təşkil edib. Bu isə oktyabrın 1-nə nisbətən 122,4 mln. manat və ya 1,2%, ilin əvvəli ilə müqayisədə isə 5,1% və ya 487 mln. manat çoxdur. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 1 294,2 mln. manat və ya 14,9% artıb.

Qeyd edək ki, pul kütləsi ölkədə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR