Azərbaycanda əhalinin gəlirləri ötən il 7,4% artıb

Azərbaycanda əhalinin gəlirləri ötən il 7,4% artıb
# 21 yanvar 2020 17:36 (UTC +04:00)

2019-cu il ərzində ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 7,4% artaraq 57 035,0 mln. manat təşkil edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əhalinin hər nəfərinə orta hesabla 5758,6 manatlıq gəlir düşüb. Bu da illik müqayisədə 6,5% çoxdur.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 52500,0 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 7,1 % çox vəsait qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR