Azərbaycanda manatla pul bazası artıb

Azərbaycanda manatla pul bazası artıb
  • Clock-gray 11:07
  • calendar-gray 05 Avqust 2020

Bu ilin avqustun 1-nə Azərbaycanda manatla pul bazası 11 676,9 mln. manat təşkil edib ki, bu göstərici son bir ay ərzində 425,1 mln. manat və ya 3,8% artıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, cari ilin əvvəlindən bu göstərici 475,6 mln. manat və ya 3,9% azalıb, ötən ilin analoji dövrü ilə müqayisədə isə bu göstərici 1 102,6 mln. manat və ya 10,4% artıb.

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.

Mirsəid İbrahimzadə

Digər xəbərlər