Azərbaycanda nağdsız ödənişlərin həcmi kəskin artıb

Azərbaycanda nağdsız ödənişlərin həcmi kəskin artıb
# 29 mart 2021 16:53 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda debet və kredit kartları vasitəsilə 1,211 mlrd. manat həcmində nağdsız ödənişlər həyata keçirilib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45,6% çoxdur.

Sözügedən nağdsız ödənişlərin 72 mln. manatı ATM-lər vasitəsilə, 473 mln. manatı POS-terminallar vasitəsilə, 666 mln. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR