Azərbaycanda noyabrda içki və tütün məhsullarının satışı azalıb

Azərbaycanda noyabrda içki və tütün məhsullarının satışı azalıb
# 11 dekabr 2020 13:31 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında istehlakçılar tərəfindən Azərbaycanın pərakəndə ticarət şəbəkəsində içkilər və tütün məhsullarına 1 769,2 mln. manat xərcləyib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 0,3% artıb. Təkcə noyabr ayında əhaliyə 159,3 mln. manat həcmində içkilər və tütün məhsulları satılıb ki, bu da oktyabr ayı ilə müqayisədə 11% azdır.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,1%-i içkilər və tütün mәhsullarının alınmasına sərf olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR