Azərbaycanda orta aylıq əməkhaqqı ötən ilin yanvar-noyabrında 703 manatdan çox olub

Azərbaycanda orta aylıq əməkhaqqı ötən ilin yanvar-noyabrında 703 manatdan çox olub
# 13 yanvar 2021 11:16 (UTC +04:00)

2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 703,5 manat olub.

"APA-Economics"in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında deyilir.

Qeyd olunub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12,9% artıb.

“İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub”, - açıqlamada deyilir.

Xatırladaq ki, 2021-ci il üçün büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ndə ölkədə 2021-ci ildə ölkədə orta aylıq əməkhaqqı 727,3 manat (real artım tempi 0,5%), 2022-ci ildə – 757,1 manat (1,2%), 2023-cü ildə – 785,9 manat (1%), 2024-cü ildə isə 816,1 manat olacağı deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR