Azərbaycanda problemli kreditlərin həcmi 29% azalıb

Azərbaycanda problemli kreditlərin həcmi 29% azalıb
  • Clock-gray 13:14
  • calendar-gray 26 Avqust 2020

Bu ilin avqust ayının 1-nə Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin həcmi 1 062,4 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 3,1 mln. manat və ya 0,3% azalıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, cari ilin əvvəli ilə müqayisədə vaxtı keçmiş kreditlərin həcmi 210,7 mln. manat və ya 16,6% azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 425 mln. manat və ya 28,6% azalma olub.

Qeyd edək ki, avqustun 1-nə problemli kreditlərin cəmi kreditlərdə payı 7,3% təşkil edib.

APA-Economics

Digər xəbərlər