Azərbaycandakı banklar bugünkü valyuta hərracında 66 mln. dollar cəlb edib

Azərbaycandakı banklar bugünkü valyuta hərracında 66 mln. dollar cəlb edib
  • Clock-gray 12:42
  • calendar-gray 05 Yanvar 2021

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 66,4 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (29 dekabr 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 20% və ya 16,6 mln. dollar azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

APA-Economics

Digər xəbərlər