Azərbaycandakı sığorta şirkətlərinin rəhbərləri aqrar sığorta modeli barədə məlumatlandırılıb

Azərbaycandakı sığorta şirkətlərinin rəhbərləri aqrar sığorta modeli barədə məlumatlandırılıb
# 18 fevral 2020 17:38 (UTC +04:00)

Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (ASA İB) ofisində Azərbaycan Respublikası Aqrar Sığorta Fondunun nümayəndələri ilə görüş keçirilib.

"APA-Economics"in ASA-ya istinadən verdiyi xəbərə görə, görüşdə sığorta şirkətlərinin rəhbər şəxsləri – sədr və sədr müavinləri və Aqrar Sığorta Fondunun rəhbər şəxsləri – Fuad Sadıqov və Firdovsi Ağaşirinov iştirak ediblər.

Keçirilən görüşdə rəhbərlərə aqrar sığorta modelinin tətbiqi ilə əlaqədar olaraq görülən işlər və gələcəkdə görülməsi planlaşdırılan işlər barədə məlumat verilib. Bundan əlavə aqrar sığorta modelinin xüsusiyyətləri, idarəetmə mexanizmi, aqrar sığorta sahəsinin potensialı və qarşıya qoyulan hədəflər barəsində rəhbərlər məlumatlandırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2019-cu ilin avqust ayında "Aqrar sığorta haqqında" Qanunun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə Fərman imzalanıb. Qanunun tətbiqinə 2020-ci ilin əvvəlindən etibarən başlanılıb.

Aqrar sığorta fermerlərin təbii fəlakətlərdən və ya digər səbəblərdən yaranacaq itkilərinin qarşısının alınması və gəlirlərinin qorunması üçün bir mexanizmdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR