Azərbaycandan Gürcüstana pul köçürmələri yanvar-oktyabrda 2,4 dəfə artıb

Azərbaycandan Gürcüstana pul köçürmələri yanvar-oktyabrda 2,4 dəfə artıb
# 16 noyabr 2020 12:27 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan Gürcüstana 42,6 mln. ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının hesabatında deyilir.

Bildirilir ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.

Hesabat dövründə Gürcüstandan Azərbaycana köçürmələr isə 13,2 mln. dollar təşkil edib ki, bu da 2019-cu ilin ilk 10 ayı ilə müqayisədə 14,7% çoxdur.

Təkcə cari ilin oktyabr ayında isə Azərbaycandan Gürcüstana 5,3 mln. dollar məbləğində pulköçürmə həyata keçirilib. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 2,4 dəfə çoxdur və hesabat dövründə Gürcüstana edilən ümumi pul köçürmələrinin 2,93%-nə bərabərdir.

Oktyabr ayında Gürcüstandan Azərbaycana pul köçürmələri 1,5 mln. dollar təşkil edib.

Cari ilin oktyabr ayında Gürcüstana edilən pul köçürmələrinin ümumi həcmi 181,7 mln. dollar təşkil edib ki, bu da illik ifadədə 18,6% və ya 28,5 mln. dollar çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR