Azərbaycanın bank sektorunun aktivləri ilin əvvəlindən 6%-dən çox azalıb

Azərbaycanın bank sektorunun aktivləri ilin əvvəlindən 6%-dən çox azalıb
# 25 noyabr 2020 14:17 (UTC +04:00)

Azərbaycan bank sektorunun cəmi aktivləri ilin əvvəlindən 6,2% azalaraq cari ilin noyabrın 1-nə 30 685,1 mln. manat təşkil edib. Son bir ildə bankların aktivləri 2,4% azalıb.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bankın hesabatına əsasən, bu müddətdə müştərilərə verilən kreditlərin həcmi isə 2,7% azalaraq 14 497 mln. manata enib. Son bir ildə isə bu göstərici 2,2% azalıb.

Bu müddətdə bank sektorunun cəmi öhdəlikləri 7,3% azalaraq cari il noyabrın 1-nə 26 091,3 mln. manat təşkil edib. Öhdəliklərin 19 407,5 mln. manatını depozitlər (maliyyə institutları istisna olmaqla) əhatə edib.

Bildirək ki, depozitlərin 7 760,7 mln. manatı fiziki şəxslərin depozitlərinin payına düşüb. AMB-nin banklara qarşı tələbləri ilin əvvəlindən 15,2% artaraq 375,8 mln. manata çatıb.

Məlumata əsasən, cari il noyabrın 1-nə bank sektorunun cəmi kapitalı 4 593,8 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 0,2% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR