Azərbaycanın bank sektorunun likvidlik әmsalı normativi iki dәfәyә yaxın üstәlәyir

Azərbaycanın bank sektorunun likvidlik әmsalı normativi iki dәfәyә yaxın üstәlәyir
# 29 dekabr 2020 09:48 (UTC +04:00)

Azərbaycan bank sektorunun likvid aktivlәri hazırda 9 mlrd. manat təşkil edir vә bank sistemi üzrә ani likvidlik әmsalı 59% tәşkil etmәklә, normativi (30%) 2 dәfәyә yaxın üstәlәyir.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərinə dair bəyanatında deyilir.

Qeyd edilir ki, bank sektorunun requlyativ tәlәbi әhәmiyyәtli üstәlәyәn kapital adekvatlığı ödәniş qabiliyyәti olmayan kreditorlardan yaranan itkilәri qarşılamağa kifayәt edir və 2020-ci ilin 11 ayında banklar tәrәfindәn ümumilikdә 116,7 mln. manat mәblәğindә sәhmdar kapital artırılıb.

Sözügedən əmsal bankların və ya digər maliyyə təşkilatların likvid aktivləri sataraq qısamüddətli öhdəliklərini ödəmək qabiliyyətini xarakterizə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR