Azərbaycanın cari əməliyyatlar balansında gələn il 105 mln. dollara yaxın profisit proqnozlaşdırılır

Azərbaycanın cari əməliyyatlar balansında gələn il 105 mln. dollara yaxın profisit proqnozlaşdırılır
# 21 dekabr 2020 13:41 (UTC +04:00)

2021-ci il üzrə Azərbaycanın cari əməliyyatlar balansında təqribən 104,8 mln. ABŞ dolları həcmində profisit proqnozlaşdırılır.

"APA-Economics"in məlumatına görə, bu, Milli Məclisə təqdim edilən "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.

Gələn il üzrə cari əməliyyatlar balansında ÜDM-in 0,2%-i səviyyəsində və ya təqribən 104,8 mln. dollar həcmində profisit proqnozlaşdırılır. Növbəti illərdə cari əməliyyatlar balansının profisitinin getdikcə artması gözlənilir ki, bu da, öz növbəsində, valyuta bazarında sabitliyin möhkəmlənməsinə xidmət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR