Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 22 241,1 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% çoxdur.
"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, dövlət büdcəsinin xərcləri 22 162,7 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 9,9% çoxdur.
Beləliklə, ölkənin dövlət büdcəsinin profisiti 78,4 mln. manat və ya ÜDM-in 0,12%-ni təşkil edib.