Azərbaycanın mobil rabitə sektorunun gəlirləri 3% artıb

Azərbaycanın mobil rabitə sektorunun gəlirləri 3% artıb
# 14 dekabr 2020 10:05 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 840,9 mln. manat təşkil edib.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 42,1%-ni təşkil edib.

"Cari ilin 11 ayında informasiya və rabitə müəssisələri tərəfindən 1 996,1 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 73,3%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 1,6% artıb", - deyə komitədən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR