Azərbaycanın peyk rabitə operatoru üzrə büdcə daxilolmaları gələn il 143 mln. manata yaxın olacaq

Azərbaycanın peyk rabitə operatoru üzrə büdcə daxilolmaları gələn il 143 mln. manata yaxın olacaq
# 23 dekabr 2020 16:14 (UTC +04:00)

Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu tərəfindən ödənilmiş vəsaitlərin “Azərkosmos” ASC üzrə qaytarılması ilə bağlı Maliyyə Nazirliyi tərəfindən təqdim olunan məlumatların təhlilinə uyğun olaraq, 2020-2024-cü illər üzrə dövlət büdcəsinə 142,8 mln. manat daxil olacağı gözlənilir.

"APA-Economics"in məlumatına görə, bu barədə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinə Hesablama Palatasının verdiyi rəydə bildirilir.

Qeyd olunur ki, 2020-ci ildə bu müəssisə üzrə daxilolmalar 26,6 mln. manat, o cümlədən 2021-ci ildə 19,9 mln. manat, 2022-ci ildə 29,3 mln. manat, 2023-cü ildə 38,5 mln. manat, 2024-cü ildə isə 28,5 mln. manat təşkil edəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR