Azərbaycanın tədiyə balansının müsbət saldosu 4,2 mlrd. dollara çatıb

Azərbaycanın tədiyə balansının müsbət saldosu 4,2 mlrd. dollara çatıb
  • Clock-gray 16:48
  • calendar-gray 13 Dekabr 2019

Azərbaycanın tədiyə balansının ümumi saldosu bu ilun yanvar-sentyabr aylarında 4 166,8 mln. ABŞ dolları təşkil edib.

APA-Economcs”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, 2019-cu ilin 9 ayı üzrə tədiyə balansının ümumi profisiti həm neft qiymətinin yüksək olması, həm də Cari Əməliyyatlar Balansında yaranmış müsbət tendensiyalar hesabına formalaşıb.

Cari Əməliyyatlar Balansında yaranmış 4 mlrd. dollarlıq profisit ehtiyat aktivlərinin 4,2 mlrd. dollar artmasını şərtləndirib.

2019-cu ilin 9 ayı üzrə cari əməliyyatlar hesabının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 21.3% azalaraq 4 mlrd. dollar təşkil edib. Neft-qaz sektoru üzrə profisit 6,9% və ya 677 mln. dollar azalaraq 9,2 mlrd. dollar, qeyri-neft sektoru üzrə CƏB kəsiri isə 8,5% və ya 408 mln. dollar artaraq 5,2 mlrd. dollar məbləğində olub.

Nəticədə, cari əməliyyatlar hesabında neft-qaz sektorunun profisiti qeyri-neft sektorunun kəsirini tam örtüb. CƏB profisitinin əsas səbəbi xarici ticarət və təkrar gəlirlər balanslarında formalaşan profisitin xidmətlər və ilkin gəlirlər balanslarında yaranmış kəsiri tam örtməsi ilə əlaqədardır.

Nərmin Rəhimova

Digər xəbərlər