Azərbaycanın xarici ticarət dövriyyəsi yanvar-fevralda 13%-dək azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsi yanvar-fevralda 13%-dək azalıb
# 16 mart 2021 13:06 (UTC +04:00)

2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 2020-ci ilin eyni ayları ilə müqayisədə 12,6% azalaraq 4 399 969,5 min ABŞ dolları təşkil edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat aylarında Azərbaycan xarici ölkələrə 2 787 994,38 min. dollar dəyərində məhsullar ixrac edib, idxalın həcmi isə 1 611 975,11 min. dollar olub. Nəticədə, 1 176 019,3 min. dollarlıq müsbət ticarət saldosu yaranıb.

2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə bu ilin ilk iki ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 19,6%, ixrac və idxal isə müvafiq olaraq 14,2% və 9,8% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR