BFB-də AMB-nin 30 mln. manatlıq notları yerləşdirilib

BFB-də AMB-nin 30 mln. manatlıq notları yerləşdirilib
# 24 yanvar 2020 15:54 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50400379S 30 mln. manat həcmində, 252 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 15 investor tərəfindən qiyməti 95,3289 AZN (6,99%) və 97,2103 AZN (4,10%) olan 20 sifariş təqdim edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 151 866 600 AZN olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 97,2103 AZN (4,10%) orta ölçülmüş qiyməti isə 97,2103 AZN (4,10%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 mln. AZN təşkil edib.

Notların ödəmə tarixi 5 oktyabr 2020-ci ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR