BFB-də AMB-nin 30 mln. manatlıq notları yerləşdirilib

BFB-də AMB-nin 30 mln. manatlıq notları yerləşdirilib
# 13 dekabr 2019 17:15 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50203776S dövlət qeydiyyat nömrəli, 30 mln. manat həcmində, 84 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 97,9431 manat (9,00%) və 98,7329 manat (5,50%) olan 12 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 162 331 300 manat olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 98,7329 manat (5,50%), orta ölçülmüş qiyməti isə 98,7329 manat (5,50%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 mln. manat təşkil edib.

Notların ödəmə tarixi 9 mart 2020-ci ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR