BFB-də İKZF-nin 25 mln. manatlıq istiqrazları yerləşdirilib

BFB-də İKZF-nin 25 mln. manatlıq istiqrazları yerləşdirilib
# 14 may 2020 17:00 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) AZ2044008681 ISIN-li, 25 mln. manat həcmində, 6840 tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, sifarişlərin nominal qiymətlə ümumi məbləği 25 mln. manat olub.

İstiqrazların nominal qiymətlə yerləşdirilən həcmi 25 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 27 noyabr 2038-ci ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR