BVF Avrozona iqtisadiyyatı üzrə proqnozunu yeniləyib

BVF Avrozona iqtisadiyyatı üzrə proqnozunu yeniləyib
  • Clock-gray 10:40
  • calendar-gray 13 İyul 2020

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən, bu il Avrozonada real ÜDM istehsalı 9,3% azalacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə öz məqaləsində BVF-nin Avropa departamentinin direktoru Poul Tomsen qeyd edib.

Onun sözlərinə görə, gələn il Avrozona iqtisadiyyatı 5,7% artacaq və 2022-ci ildə 2019-cu ilin səviyyəsinə qayıdacaq. P. Tomsen əlavə edib ki, COVID-19 virusunun müalicə yolu tezliklə tapılsa, iqtisadiyyatın bərpası sürətlənə bilər.

Qeyd edək ki, BVF-nin iyunun 24-də dərc etdiyi əvvəlki proqnozda bu il Avrozonada iqtisadi azalma 10,2%, 2021-ci ildə isə artım 6% təşkil etməli idi.

Mirsəid İbrahimzadə

Digər xəbərlər