BVF: Dünya iqtisadiyyatı bu il 5,5% artacaq

BVF: Dünya iqtisadiyyatı bu il 5,5% artacaq
# 26 yanvar 2021 18:14 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən, COVID-19 pandemiyasından bərpa fonunda qlobal iqtisadiyyat bu il 5,5% artacaq.

"APA-Economics"in fondun "World Economıc Outlook" hesabatına istinadən verdiyi məlumata görə, 2022-ci ildə artımın 4,2% səviyyəsində olacağı gözlənilir.

Hesabatda qeyd edilir ki, 2021-ci il üçün proqnoz 0,3 faiz bəndi artırılıb və bunun əsas səbəbləri kimi Fond vaksinasiyanın gözləniləndən daha erkən başlamasını və daha böyük miqyasda icra edilməsini göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR